ABŞ prezidenti 71 ildən sonra ilk dəfə...

© AFP 2023 / Brendan SmialowskiVaşinqton Ağ Ev
Vaşinqton Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
Barak Obama Yaponiyanın Xirosima şəhərinə səfər edəcək. ABŞ Prezidenti Xirosimadan sonra Vyetnama yollanacaq.

BAKI, 10 may — Sputnik. ABŞ prezidenti Barak Obama bu il mayın 27-də Yaponiyanın Xirosima şəhərinə səfər edəcək. "Report" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernest deyib. Məlumata görə, Yaponiya hökuməti baş nazir Sindzo Abenin mayın 26-27-də ölkənin Mie bölgəsində keçiriləcək "Böyük-7"lərin sammiti başa çatandan sonra Barak Obama ilə birlikdə Xirosimaya səfərinin hazırlığına başlayıb.

Qeyd edək ki, ABŞ təyyarəçiləri 1945-ci il avqustun 8-də Xirosimaya atom bombası atıb. Həmin tarixdən sonra Barak Obama bu şəhərə gedəcək ilk ABŞ prezidenti olacaq. ABŞ və Yaponiya rəsmi dairələri bu xəbəri təsdiqləyiblər.

Barak Obama Xirosimadan sonra Vyetnama rəsmi səfər edəcək.

 

Xəbər lenti
0