Qəbirdən tapılan skelet arxeoloqları şoka salıb

© Photo : MilliyetBir-biri ilə qucaqlaşmış gənc ana və uşağın skeleti
Bir-biri ilə qucaqlaşmış gənc ana və uşağın skeleti - Sputnik Azərbaycan
Abunə olmaq
Tayvandakı kütləvi qəbiristanlıqda yaşı 4800 ilə dayanan insan qalıqları aşkarlanıb. Ortaya çıxarılan nümunələr içərisində ən təsirlisi isə, uşağına sarılmış və başını aşağı əyərək uşağına baxan bir anan skeletidir.

Bu tip təmtəraqlı qəbirlər bir növ dəbə çevrilib və böyük məbləğdə xərc tələb edir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda qeyri-adi qəbiristanlıq: burada ölülər dəfn edilmir
BAKI, 28 apr — Sputnik. Tayvanın Taichung bölgəsində, 2014-cü ilin mayında qəbiristanlıqda başladılan qazıntı işləri zamanı arxeoloqlar qeyri-adi mənzərə ilə qarşılaşıblar. Sputnik Türkiyənin "Milliyet" qəzetinə istinadla xəbər verir ki, kütləvi məzarlığın altında tapılan 48 insan skeleti arasında gənc ana uşağına sarılmış halda aşkarlanıb.

Arxeoloqların araşdırmasına görə, bu tapıntının yaşı 4800 ildir. Tayvan Milli Muzeyinin səlahiyyətliləri tapılan nümunələri Tayvanda ən qədim insanlara aid sübutlar kimi dəyərləndirdiklərini açıqlayıblar. Ortaya çıxarılan nümunələr içərisində ən təsirlisi isə, uşağına sarılmış və başını aşağı əyərək uşağına baxan bir ana skeletidir.

© Photo : MilliyetArxeoloqların araşdırmasına görə, bu tapıntının yaşı 4800 ildir
Arxeoloqların araşdırmasına görə, bu tapıntının yaşı 4800 ildir - Sputnik Azərbaycan
Arxeoloqların araşdırmasına görə, bu tapıntının yaşı 4800 ildir

Tayvan Milli Muzeyinin Təbiət Elmləri və Antropologiya Departamentinin kuratorlarından biri Chu Whei-Lee deyib: "Qazıntılar zamanı üzə çıxarılan ana və uşağın qalıqları bütün arxeoloqları və qazıntı işlərini aparanları şok edib. Çünki ana qolunda tutduğu uşağına baxan vəziyyətdə idi".

© Photo : MilliyetQazıntılar zamanı üzə çıxarılan ana və uşağın qalıqları bütün arxeoloqları və qazıntı işlərini aparanları şok edib
Qazıntılar zamanı üzə çıxarılan ana və uşağın qalıqları bütün arxeoloqları və qazıntı işlərini aparanları şok edib - Sputnik Azərbaycan
Qazıntılar zamanı üzə çıxarılan ana və uşağın qalıqları bütün arxeoloqları və qazıntı işlərini aparanları şok edib

Toplu məzarlıqda 2014-cü ilin mayında başlanan qazıntı işləri bir ilə yaxın sürüb. Qalıqların yaşını müəyyənləşdirmək üçün karbon testi həyata keçirilib. Bu qalıqlar arasında beş uşaq cəsədi də olub.

Xəbər lenti
0