Bursa terrorunun 12 şübhəlisi yaxalandı

© Photo : DHABursada terror
Bursada terror - Sputnik Azərbaycan
Abunə olmaq
Şübhəlilərin bəziləri ölkənin başqa əyalətlərində tutulub və Bursaya aparılıb .Hadisəni törədən qadın özünü partladaraq öldürüb.

BAKI, 28 apr — Sputnik. Türkiyənin Bursa şəhərində Ulucami məscidinin yaxınlığında terror aktı törətməkdə şübhəli bilinən 12 nəfər həbs edilib. Sputnik Sabah-a istinadən xəbər verir ki, şübhəlilərin bəziləri ölkənin başqa əyalətlərində tutulub və Bursaya aparılıb.

Xatırladaq ki, aprelin 27-də Bursa şəhərində Ulucami məscidinin yaxınlığında törədilən terror aktı nəticəsində 13 nəfər yaralanıb. Hadisəni törədən qadın özünü partladaraq, öldürüb.

Xəbər lenti
0