SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Angela Merkel: Avropa ilə Türkiyənin bir-birinə ehtiyacı var

© Photo : Aleksey Vitvitsky / Mediabanka keçidAngela Merkel
Angela Merkel - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin 2 milyondan çox qaçqını qəbul etdiyini xatırladan Almaniya kansleri, Avropanın bu mövzuda türk tərəfi ilə ünsiyyətdə olmasının vacibliyini vurğulayıb.

BAKI, 9 okt – Sputnik. Almaniya kansleri Angela Merkel yerli telekanallardan birinə müsahibəsində Türkiyəni tərifləyib.

Avropa ilə Türkiyənin bir-birinə ehtiyacı var deyən Merkel, rəsmi Ankaranın Suriyalı qaçqınlarla bağlı siyasətinə heyran olduğunu gizlətməyib. 

Türkiyənin 2 milyondan çox qaçqını qəbul etdiyini xatırladan kansler, Avropanın bu mövzuda Türk tərəfi ilə ünsiyyətdə olmasının vacibliyini vurğulayıb.

“Türkiyədə yaşayan mühacirlərin vəziyyəti çox yaxşıdır. Bunun daha da yaxşılaşdırılması üçün türk rəsmilərlə görüşməyə davam edəcəyik”, deyə Angela Merkel əlavə edib.

Xəbər lenti
0