10:48 03 Dekabr 2016
Canlı yayım
Mobil telefonlar

Avropa İttifaqı mobil rouminq üçün ödənişi ləğv etdi

gazeta.ru
DÜNYA
Qısa URL
10120

Avropa parlamenti Avropa İttifaqı ölkələrində mobil telefonlardan edilən zənglərə görə rouminq xidmətinin ləğv edilməsi barədə qərar qəbul edib.

BAKI, 30 iyun — Sputnik. Avropa Birliyi ölkələri mobil rouminq üçün ödənişi ləğv etmək barədə razılığa gəliblər.

Avropa parlamenti Avropa İttifaqı ölkələrində mobil telefonlardan edilən zənglərə görə rouminq xidmətinin ləğv edilməsi barədə qərar qəbul edib. 

15 iyun 2017-ci ildən 28 ölkənin mobil operatorlarının müştəriləri zəng etmək, SMS və MMS göndərmək üçün əlavə ödəniş etməyəcəklər. Bu barədə Avropa Komissiyanın rəsmi internet saytındakı press-relizdə deyilir.

Avropa İttifaqın təmsilçiləri bildiriblər ki, rouminq ilə yanaşı, mobil telefonlardan internetə çıxış üçün əlavə ödəniş də ləğv olunur. 

Avropa Parlamenti həmçinin şəbəkə neytrallığı qaydalarının sərtləşdirilməsi haqqında qərar qəbul edib. Sənədə əsasən, provayderlər Avropa İttifaqına üzv ölkələrdə bütün sayt və tətbiqlərə eyni trafik sürətini təqdim edəcək.

Əsas mövzular