18:35 10 Dekabr 2016
Canlı yayım
İbrahim Kalın

Bəşər Əsəd müxaliflərə qarşı İŞİD-dən istifadə edir

cnnturk.com
DÜNYA
Qısa URL
14 0 0

İbrahim Kalın: Məqsəd Azad Suriya ordusunu zəiflədərək rejimin ömrünü uzatmaqdır.

BAKI, 30 iyun – Sputnik. Bəşər Əsəd hakimiyyətdə olduğu müddətcə İŞİD kimi terror təşkilatları Suriyada özlərinə yer etməyə davam edəcəklər.

Bu barədə Türkiyə prezidentinin baş məsləhətçisi İbrahim Kalın mətbuata açıqlamasında deyib.

“Son vaxtlar bir çox kirli ittifaqların ortaya çıxdığının şahidi oluruq. Bəşər Əsəd İŞİD terrorçularından müxalif orduya qarşı istifadə edir. Buna dair əlimizdə dəlillər var. Əsəd İŞİD-in Suriyanın şimalında irəliləyişinə şərait yaradır. Məqsəd Azad Suriya ordusunu zəiflədərək rejimin ömrünü uzatmaqdır”, deyə İbrahim Kalın əlavə edib.

Prezidentin baş məsləhətçisi Türkiyənin cənub sərhəddində yeni dövlət qurulmasına imkan verilməyəcəyini də bildirib. 

Əsas mövzular