22:02 02 Dekabr 2016
Canlı yayım
Tower bridge

Londonun vizit kartı

chsrentals.com
DÜNYA
Qısa URL
32 0 0

19-cu əsrin ikinci yarısında artan avtomobil və piyada hərəkətinə görə İngiltərə paytaxtında yeni körpü tikilməsi məsələsi ortaya çıxıb.

BAKI, 30 iyun — Sputnik. 19-cu əsrin ikinci yarısında artan avtomobil və piyada hərəkətinə görə İngiltərə paytaxtında yeni körpü tikilməsi məsələsi ortaya çıxıb. 

1876-cı ildə bu problemin həlli üçün komitə yaradılır. Keçirilən müsabiqənin qalibi mühəndis Horas Cons olur. 1884-cü ildə onun təklif etdiyi layihə əsasında yeni körpünün tikilməsinə qərar verilir. Consun ölümündən sonra 1887-ci ildə tikintiyə Con Volfe-Berri rəhbərlik edir.

Tikinti işləri 1886-cı il iyunun 21-də başlayıb və 8 il davam edib. Körpünün tikintisinə 1 milyon funtdan çox vəsait xərclənir. 

1894-cü il iyunun 30-da Uels şahzadəsi Eduard və onun xanımı şahzadə Aleksandra təntənəli surətdə Tauer körpüsünü (Tower Bridge) açırlar.

Körpü Big Benlə yanaşı Londonun vizit kartı adlandırılır.

Əsas mövzular