06:16 11 Dekabr 2016
Canlı yayım
DÜNYA

Poroşenko ukraynalıları "unikal siyasi xalq" adlandırıb

DÜNYA
Qısa URL
14 0 0

Pyotr Poroşenko: Ukrayna gəncliyi ölkənin sabahını necə qurmaq barədə artıq bu gündən düşünməlidir.

BAKI, 28 iyun —Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenka ölkəsinin vətəndaşlarını "unikal siyasi xalq" adlandırıb. 

Sputnik xəbər Ukrayna prezidentinin rəsmi saytına istinadən verir ki, Poroşenko bu ifadəni Gənclər günü münasibətilə xalqa müraciətində işlədib. "İş elə gətirib ki, Ukrayna gəncləri 90-cı illərdən başlayaraq mübarizəyə birinci qalxıblar. "Qranitdə inqilab", "narıncı inqilab", "ləyaqət inqilabı" kimi tələbə inqilabları Ukraynanı tanınmaz şəkildə dəyişdirib, Ukrayna xalqını postsovet məkanında unikal siyasi xalq kimi göstərib." — deyə Poroşenko bildirib

Onun sözlərinə görə, Ukrayna gəncliyi ölkənin sabahını necə qurmaq barədə artıq bu gündən düşünməlidirlər."İnanıram ki, uğurlu gənclik uğurlu Ukraynanı quracaq" — deyə preziden vurğulayıb. 

Daha əvvəl Proşenko bəyan etmişdi ki, konstitusiya islahatları Ukraynanın "uğurlu ölkələr dairəsi"nə daxil olmasına imkan verəcək. 


Əsas mövzular