06:12 11 Dekabr 2016
Canlı yayım
İrəvanda etiraz aksiyası

İrəvan mitinqçiləri Sərkisyana vahid qərarlarını bu gün deyəcəklər

PAN Photo
DÜNYA
Qısa URL
Elektrik üsyanı (17)
26 0 0

Şuşanyan: Elektrik enerjisinin bahalaşmasına dair qərar ləğv olunmayıb, aksiyanın dağıdılması zamanı zor tətbiq edənlər məsuliyyətə cəlb edilməyib.

BAKI 28 iyun — Sputnik. İrəvanda keçirilən aksiyanın təşkilatçıları bu gün yerli vaxtla saat 18.00-da ümumi mitinq keçirəcək.

Sputnik-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İrəvan polisinin rəis müavini Valeri Osipyan ilə danışıqlar zamanı etirazçıların Əlaqələndirici Qrupunun rəhbəri Vaqinak Şuşanyan bildirib.  

“Bizim irəli sürdüyümüz tələblərdən elektrik enerjisinin bahalaşmasına dair qərarın ləğv olunması yerinə yetirilməyib, həmçinin iyunun 23-də səsləndirdiyimiz tələb – aksiyanın dağıdılması zamanı zor tətbiq edənlərin məsuliyyətə cəlb olunması da təmin edilməyib. Bu səbəbdən biz ümumi müzakirə keçirərək vahid qərarla çıxış etmək niyyətindəyik”, deyə Şuşanyan bildirib.   

İrəvan polisinin rəis müavini Valeri Osipyan isə bildirib ki, aksiya dinc olsa da, qanunsuzdur və bu səbəbdən təşkilatçıları qanuna zidd addımlardan çəkinməyə çağırıb.  

Bundan əvvəl Ermənistan prezidenti etirazçıları problemləri birgə həll etməyə çağırıb. 

Mövzu:
Elektrik üsyanı (17)

Əsas mövzular