23:17 09 Dekabr 2016
Canlı yayım
ABŞ polisi

ABŞ-da polislər daha bir qaradərili şəxsi qətlə yetiriblər

DÜNYA
Qısa URL
13 0 0

BAKI, 26 iyun — Sputnik. ABŞ-da məişət zəminində ailələrin birində baş vermiş münaqişə ilə əlaqədar hadisə yerinə çağırılmış polis əməkdaşları qaradərili silahsız vətəndaşı qətlə yetiriblər.

RİA Novosti-nin verdiyi xəbərə görə, asayiş keşikçilərinin budəfəki qurbanı 41 yaşlı Spenser Li Makkeyn olub.  

Məlumata görə, insident iyunun 25-də səhər saatlarında Baltimor  şəhərinin ətrafındakı evlərin birində baş verib. Ailə zorakılığı ilə bağlı çağırılan polis əməkdaşları mənzilə daxil olub və “müdafiə mövqeyi”nə keçən silahsız ev sahibini gülləbaran ediblər.   

Makkeyni qətlə yetirən hər üç polis əməkdaşı istintaq başa çatanadək məzuniyyətə göndərilib.   

Əsas mövzular