23:48 06 Dekabr 2016
Canlı yayım
Nikola Torelli

Axır ki, 91 yaşında orta məktəbi bitirdi

chietitoday
DÜNYA
Qısa URL
6 0 0

İtaliyalı Nikola Torelli buraxılış günü deyib ki, indidən sonra təhsilini davam etdirəcək və kompüteri öyrənəcək

BAKI, 25 iyun – Sputnik. İtaliyanın Kyeti şəhərinin sakini Nikola Torello nəhayət 91 yaşında orta məktəbi bitirib.

The Local on-line nəşrinin məlumatında belə deyilir. Nəşrə açıqlama verən Nikolanın sözlərinə görə, o, çox işləyir, dörd uşaq və altı nəvə saxlayır. Bu səbəbdən də orta məktəbi vaxtında bitirə bilməyib. 

Torellonun buraxlış imtahanda onun qohumları da iştirak edib. İtaliyalı təqaüdçü italyan yazıçı və şair Alessandro Mandzoni haqqında inşa yazıb, riyaziyyatdan tapşırıq yerinə yetirib və ingilis dilindən şifahi imtahan verib. 

Məktəbi bitirərkən, təqaüdçü iddia edib ki, yaxın vaxtlarda təhsilini davam etdirəcək və kompüterdən istifadəni öyrənəcək. 

Torellonun sözlərinə görə, bu yaşa çatmaqda və yaxşı vəziyyətdə qalmaqda ona üzgüçülük kömək edib.

Bu ilin aprel ayında da 103 yaşlı Mari Hantorta orta məktəbi bitirərək diplom almışdı. Vaxtilə o, səkkiz kiçik bacı-qardaşını saxlamaq üçün məktəbdən çıxmışdı.


Əsas mövzular