23:20 09 Dekabr 2016
Canlı yayım
Dəniz ulduzu

Dəniz ulduzları insanlara əbədi gənc qalmağın sirrini öyrədə bilər

Azərtac
DÜNYA
Qısa URL
53 0 0

İsveç alimləri Aralıq dənizində və Atlantik okeanında dəniz ulduzlarının yaşayış tərzini müşahidə edərək “əbədi gəncliyin sirrinin açarının” onlarda olduğu qənaətinə gəliblər.

BAKI, 25 iyun — Sputnik. Heteborq Universitetində İsveç alimləri Aralıq dənizində və Atlantik okeanında dəniz ulduzlarının yaşayış tərzini müşahidə edərək “əbədi gəncliyin sirrinin açarının” onlarda olduğu qənaətinə gəliblər.

Mütəxəssislər müəyyən ediblər ki, insan xromosomlarının ucunda qoruyucu funksiyaya malik olan telomerlər yerləşir. Yaşla əlaqədar telomerlərin uzunluğu qısalır ki, bu da DNT-nin zədələnməsinin başlanğıcına gətirib çıxarır. Nəticədə insanlarda müxtəlif yaş dövrü xəstəliklərinin, məsələn, Altsheymer, müxtəlif ürək və damar xəstəlikləri, şəkərli diabetin baş vermə riski artır. Beləliklə, insan ömrünün uzunluğu məhz telomerlərin uzunluğundan asılı olur.

İsveç alimləri telomerlərin uzunluğunu ölçməyə müvəffəq olduqdan sonra dəniz ulduzlarını tədqiq etməyə başlayıblar. Məlum olduğu kimi, dəniz dərinliklərinin bu sakinləri həm cinsi, həm də qeyri-cinsi yolla çoxalırlar. Müəyyən edilib ki, ulduzlar qeyri-cinsi yolla çoxalan zaman toxumalarda yaranan yeni telomerlərin uzunluğu əvvəlkilərdən çox olur.

Alimlər qeyd edirlər ki, telomerlər bu yolla yenilənirlər. Tədqiqatçılar ümid edirlər ki, bu kəşf və onun öyrənilməsi insanlarda gənclik dövrünü uzadacaq preparatların hazırlanmasına kömək edər.

Əsas mövzular