18:35 10 Dekabr 2016
Canlı yayım
Barak Obama iftarda

Barak Obama Evdə iftar süfrəsi açıb

DÜNYA
Qısa URL
23 0 0

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama, Ramazan ayı münasibətilə bu ölkədə yaşayan müsəlmanlar üçün ənənəvi iftar süfrəsi açıb.

BAKI, 23 iyun – Sputnik. Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama, Ramazan ayı münasibətilə bu ölkədə yaşayan müsəlmanlar üçün ənənəvi iftar süfrəsi açıb. 

Ənənəvi iftar yeməyinə bu ölkədəki müsəlman cəmiyyətinin təmsilçiləri, konqresin müsəlman üzvləri Andre Karson, Keyt Ellison, hicablı olduğu üçün geyim mağazasında işə alınmayan gənc qız Samanta Elauf və müsəlman ölkələrin Vaşinqtondakı səfirləri qatılıb. 

Obama, çıxışında Ramazanın müsəlmanlar üçün əhəmiyyətinə toxunub.

“Ramazan insanlardan fədakarlıq, intizam və səbr tələb edir” deyən Ağ Ev rəhbəri, Quranın özlərinə insanların yer üzündə ehtiyatlı davranmaları lazım olduğunu öyrətdiyini bildirib.

"İnancımız nə olursa olsun, biz tək bir ailəyik. Hər hansı dini və ya etnik qrupu hədəf alan provokativ hərəkətlərə hamımız birlikdə qarşıyıq", deyə prezident əlavə edib.

Əsas mövzular