14:32 07 Dekabr 2016
Canlı yayım
Loran Fabius - Benyamin Netanyahu

İsrail-Fransa gərginliyi nazirlərin görüşündə davam etdi

enca.com
DÜNYA
Qısa URL
14 0 0

İki günlük Yaxın Şərq səfəri çərçivəsində Fransa xarici işlər naziri Loran Fabius dünən İsrailin baş naziri Binyamin Netanyahu ilə Qüdsdə bir araya gəlib.

BAKI, 22 iyun – Sputnik. İki günlük Yaxın Şərq səfəri çərçivəsində Fransa xarici işlər naziri Loran Fabius dünən İsrailin baş naziri Binyamin Netanyahu ilə Qüdsdə bir araya gəlib.

Görüş öncəsində Binyamin Netanyahu Fələstin-İsrail sülh danışıqları ilə bağlı mətbuat konfransı keçirib. O, problemin həlli istiqamətində hər hansı BMT qərarlarına və ya kənardan müdaxilələrə qarşı olduğunu söyləyib. 

“Sülh ancaq qarşılıqlı və birbaşa danışıqlar yolu ilə mümkündür”, deyə Netanyahu bildirib.

İsrail hökumət başçısının dediklərinə Fransanın xarici işlər naziri Loran Fabius cavab verib. O, Netanyahunun “kənardan müdaxilə” fikirləri ilə razılaşmadığını deyib.

Fabiusun ifadəsinə görə, Fransa sadəcə olaraq, sülh prosesinin yenidən canlandırılması üçün BMT nəzdində aktiv fəaliyyət göstərir.

“Sülhün əldə olunması, dabana dirənən danışıqların yenidən canlanması üçün Fransa əlindən gələni əsirgəməyəcək. Çətinliklərə baxmayaraq, problemin həlli üçün səyimizi davam etdirəcəyik”, deyə xarici işlər naziri əlavə edib.

Netanyahu ilə görüşdən əvvəl Ramallahda Fələstin lideri Mahmud Abbasla bir araya gələn Fabius, məsələnin həlli üçün Avropa Birliyi, ABŞ və Rusiya ilə də təmas quracaqlarını qeyd edib.

Əsas mövzular