23:20 09 Dekabr 2016
Canlı yayım
Santyaqo toz

Çilidə güclü tozlu tüstüyə görə fövqəladə vəziyyət elan edilib

blogspot.com
DÜNYA
Qısa URL
3 0 0

Çilinin paytaxtı Santyaqoda hakimiyyət orqanları güclu toz və tüstü ilə əlaqədər bazar günü fövqəladə vəziyyət elan ediblər.

BAKI, 22 iyun – Sputnik. Çilinin paytaxtı Santyaqoda hakimiyyət orqanları güclu toz və tüstü ilə əlaqədər bazar günü fövqəladə vəziyyət elan ediblər.

Bu barədə Notimex informasiya agentliyi xəbər verir. 

Fövqəladə vəziyyət Santyaqoda 1999-cu ildən bəri ilk dəfə elan edilib. Agentliyin məlumatına əsasən, Santyaqoda hava kütlələrinin heç bir hərəkəti olmadığına görə havanın keyfiyyəti kritik vəziyyətə çatıb.  

Fövqəladə vəziyyətin elan edilməsi vətəndaşlar, xüsusilə şəxsi nəqliyyat vasitələrindən istifadə edənlər üçün ciddi məhdudiyyətlər deməkdir. Şəxsi nəqliyyata qadağa səhər saatlarından axşam gec saatlara qədər davam edir.

Həmçinin kənd təsərrüfatı məqsədləri üçün nəsə yandırmaq, istilik üçün sobadan istifadə etmək qadağandır.

Ölkədə 2,7 mindən artıq sənaye müəssisəsi müvəqqəti bağlanacaq.

Əsas mövzular