23:49 06 Dekabr 2016
Canlı yayım
Wikipedia

İngilisdilli “Wikipedia” 7471 cild kitabda buraxılacaq

hi-news.ru
DÜNYA
Qısa URL
15 0 0

BAKI, 21 iyun — Sputnik. İngilisdilli “Wikipedia” internet ensiklopediyasının bütün məqalələri iyunun 18-dən iyulun 2-dək Nyu-Yorkda keçiriləcək “Aaaaa! to ZZZap!” sərgisində çap olunacaq. 7471 cilddən ibarət ensiklopediyanın tam versiyasını 500 dollara almaq mümkün olacaq. 

Çap prosesi 11-14 gün təşkil edəcək. Çap olunan hər “Wikipedia” cildi 700 səhifədən ibarət olacaq. Beləliklə, 5 milyon 244 min 111 səhifədə 7,5 milyon müəllifin məqaləsi dərc ediləcək.

Layihə müəllifi mövcud “Wikipedia” bazasını kitab formatına çevirməyə imkan verən xüsusi proqram təminatı yaratmış ABŞ rəssamı və proqramçısı Maykl Mandiberqdir.

Sərgi “Wikimedia Foundation” beynəlxalq qeyri-kommersiya təşkilatının və "Lulu.com” onlayn çap xidmətinin dəstəyi ilə keçirilir.

2001-ci ildə yaradılan “Wikipedia” internet ensiklopediyasının özəlliyi ondadır ki, hamı məqalə yarada və onu redaktə edə bilər. Hazırda ensiklopediyadan 276 dildə istifadə mümkündür.

Əsas mövzular