10:48 03 Dekabr 2016
Canlı yayım
terror

Ötən il dünyada terror aktlarının sayı iki dəfə artıb

fotoart.org.ua
DÜNYA
Qısa URL
42 0 0

BAKI, 20 iyun — Sputnik. 2014-cü ildə dünyada terror aktlarının sayı, demək olar ki, iki dəfə artıb.

Bu barədə ABŞ Dövlət Departamentinin illik hesabatında bildirilir.  

Qurumun məlumatına görə, 2014-cü ildə törədilən 13 500 terror aktı nəticəsində 33 min nəfər ölüb. Terror aktlarının sayı 2013-cü ildən (10 min terror aktı olub) 35 faiz, qurbanların sayı isə (18 min ölüm faktı) 81 faiz artıb.  

Hesabatda qeyd olunur ki, artım İraq, Əfqanıstan və Nigeriyada zorakılığın aktivləşməsi ilə bağlıdır.

Məlumata görə, 2014-cü ildə hər birində qurbanlarının sayı 100 nəfərdən çox olan 20 terror aktı törədildiyi halda, 2013-cü ildə cəmi 2 analoji terror hadisəsi qeydə alınıb.  

Əsas mövzular