14:35 07 Dekabr 2016
Canlı yayım
robot

Alimlər bir qramdan yüngül robot yaradıblar

popsci.com
DÜNYA
Qısa URL
2 0 0

Amerika alimləri maqnetik sahələrdə nəzarət edilən, üzə bilən, dırmanmaqla hərəkət edən, bir santımetr böyüklüyündə və bir qramdan yüngül maqnit daşıyan robot yaradıblar.

BAKI, 18 iyun — Sputnik. Amerika alimləri maqnetik sahələrdə nəzarət edilən, üzə bilən, dırmanmaqla hərəkət edən, bir santımetr böyüklüyündə və bir qramdan yüngül maqnit daşıyan robot yaradıblar.

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda alimlərin yaratdığı yeni robot sınaqlarda düzbucaq şəklindəki bir bölgəyə yerləşdirilib və bu maqnitli robotun dalğalara nəzarət üsulu ilə istənilən yerə hərəkət etməsi yoxlanılıb. Sınaqlarda ayaq və baldırlardan istifadə olunub və cismin bu robot vasitəsilə havaya qalxması həyata keçirilib. Robotun daşıdığı maqnit maqnetik sahələrin təsiri ilə ayaqların irəliyə hərəkətinə də kömək edib.

Gələcəkdə bu robotun çalışan dizaynı dərman yüklü hissəciklərin köməyi ilə insan bədəninə yeridilərək onun xərçəng hüceyrələrini yox etməkdə istifadəsinə imkan verəcək.

Əsas mövzular