14:32 07 Dekabr 2016
Canlı yayım
AŞPA

AŞPA-da Azərbaycanda demokratiyanın vəziyyəti müzakirə olunacaq

assembly.coe.int
DÜNYA
Qısa URL
8 0 0

Monitorinq Komitəsi insan hüquqları sahəsində vəziyyətin pisləşməsindən, müstəqil QHT və hüquq müdafiəçilərinin fəaliyyəti üçün imkanın olmamasından, müstəqil KİV-lərin təqib olunmasından ciddi narahatlığını bildirib.

BAKI, 17 iyun — Sputnik. Növbəti həftə AŞPA-da Azərbaycanda demokratiyanın durumu ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.

İyunun 22-26-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçiriləcək. Müzakirə olunacaq mövzular arasında Monitorinq Komitəsi məruzəçilərinin “Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında” hesabatı da olacaq. Hesabata iyunun 23-də baxılacaq.

Sessiyada müzakirə olunacaq mövzular arasında Ukraynadakı vəziyyət, Rusiya nümayəndə heyətinin səs hüququ, Macarıstandakı vəziyyət də var.

Azərbaycanla bağlı məruzəyə gəlincə, hesabatda Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsi, ölkədə məhkəmə sisteminin vəziyyəti, noyabrda keçiriləcək parlament seçkiləri fonunda seçkilər problemi qiymətləndirilir.

Sənəddə qeyd edilir ki, Venesiya Komissiyasının seçki qanunvericiliyində islahatlarla bağlı əvvəlki tövsiyələrinə ölkə hakimiyyəti məhəl qoymayıb.

Məruzə müəllifləri ölkədə ifadə və toplaşmaq azadlığı hüquqlarına riayət olunmaması, məhkəmə sisteminin icra hakimiyyətindən asılılığı faktlarını qeyd edirlər.

“Monitorinq Komitəsi insan hüquqları sahəsində vəziyyətin pisləşməsindən, müstəqil QHT və hüquq müdafiəçilərinin fəaliyyəti üçün imkanın olmamasından, müstəqil KİV-lərin təqib olunmasından ciddi narahatlığını bildirir.” – sənəddə qeyd olunur.

Həmçinin, sənəddə hökumətə “bu sistemli təqiblərə və hakimiyyəti tənqid edənlərin boğulmasına son qoyulması.”- çağırışı yer alır.

Məruzədə Avropa İnsan Hüquqları Məhkəməsinin, Avropa Şurası Nazirlər Komitəsinin bütün əvvəlki tövsiyə və qərarlarının tətbiq edilməsi və ölkədə real hakimiyyət bölgüsünün, ifadə və toplaşmaq azadlığının təmin edilməsi zərurəti vurğulanır.

 

Əsas mövzular