06:10 11 Dekabr 2016
Canlı yayım
Süleyman Dəmirəl

Bakıda Dəmirəlin anım mərasimi keçiriləcək

haber.sol.org.tr
DÜNYA
Qısa URL
10 0 0

Türkiyədə 9-cu prezidentin vəfatı ilə bağlı 3 günlük matəm elan edilib.

BAKI, 17 iyun-Sputnik. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində anım mərasiminin keçirilməsi gözlənilir. Bu barədə Sputnik-ə məlumat verən diplomatik mənbə deyib ki, Türkiyə səfirliyi eks-prezident Süleyman Dəmirəlin vəfatı ilə bağlı daxil olan çoxsaylı müraciətləri nəzərə alıb başsağlığına gələnlər üçün dəftər açmağı planlaşdırır. Bununla bağlı hələlik konkret qərar olmasa da, bu istiqamətdə işlər gedir. Hazırda anım törəninin nə zaman və necə keçirilməsi ilə bağlı müzakirələr davam etməkdədir. Bütün məsələlər aydınlaşandan sonra ictimaiyyətə mətbuat vasitəsilə məlumat veriləcək.

Mənbə bildirib ki, Azərbaycandan yüksək rütbəli şəxslər də Dəmirəlin rəsmi dəfn törənində iştirak edəcəklər.

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlinin vəfatı ilə əlaqədar ölkədə 3 günlük milli matəm elan edilib. Vida mərasimi cümə günü Ankarada dövlət səviyyəsində qeyd ediləcək.

Cənazə namazı Ankaradakı Kocatəpə camesində cümə namazı ilə birlikdə qılınacaq.  

Beynəlxalq səviyyəli iştirakın da olacağını nəzərə alaraq Türkiyə rəsmi matəm hazırlıqlarına başlayıb. Dəfn mərasimi isə Dəmirəlin dünayaya gəldiyi İspartada olacaq.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana və mərhumun qardaşı Şevkət Dəmirələ başsağlığı verib.

 

 

Əsas mövzular