23:51 06 Dekabr 2016
Canlı yayım
Tailand hərbçiləri

Tailand polisi çevriliş hazırlanması şayiəsinin müəllifini axtarır

joyreactor.cc
DÜNYA
Qısa URL
5 0 0

Tailandın polis şefi general Somyot Pxumpxanmıang deyib ki, əgər bu şaiyə təlaşa səbəb olsa, və ya milli təhlükəsizliyə zərər vursa, müqəssirlər mühakimə olunacaq.

BAKI, 16 iyun – Sputnik. Tailand polisi sosial şəbəkədə yayılan dövlət çevrilişi hazırlanması şayiəsinin müəllifinin axtarışına başlayıb. 

Polisin məlumatına görə, üç növ silahlı qüvvələrin heç birində hər hansı bir dövlət çevrilişinə hazırlıq görülmür, deyə ölkə polsinin şefi Somyot Pxumpxanmıang bildirib.

İnternetin tay dilli seqmentində, əsasən sosial şəbəkələrdə keçən həftənin axırından yaxınlarda Tailanda dövlət çevrilişi olacağı ilə bağlı şayiə yayılıb. 

Yayılan mesajlarda silahlı qüvvələrin parçalanması ve hakim hərbi hökumətin başçısına qarşı hazırlanan çevriliş haqqında deyilir. Mesajların müəllifləri iddia edirlər ki, hazırlanan çevrilişi 94 yaşlı general, 1980-1988 ilərdə Tailandın baş naziri olmuş Prem Tinsulanon dəstəkliyir.

Hərbçilər xüsusi şərhdə dövlət çevrilişi barədə şayiənin əsassız olduğunu bildiriblər.


Əsas mövzular