10:49 03 Dekabr 2016
Canlı yayım
FIFA

FIFA İnterpolla əlaqə yaratmağa çalışır

http://ghanasoccernet.com/
DÜNYA
Qısa URL
10 0 0

Beynəlxalq Futbol Federasiyaları assosiasiyası FIFA, polis təşkilatı İnterpolun qurumla əməkdaşlıq əlaqəsini kəsməsinə münasibət bildirib.

BAKI, 12 iyun – Sputnik. Beynəlxalq Futbol Federasiyaları assosiasiyası FIFA, polis təşkilatı İnterpolun qurumla əməkdaşlıq əlaqəsini kəsməsinə münasibət bildirib. 

“Beynəlxalq Polis təşkilatı İnterpolun futboldakı qanunsuzluqlarla mübarizədə FIFA ilə əməkdaşlığı dayandırması bizi məyus edir. Əslində bu proqramın uğuru və əhəmiyyəti danıla bilməz. Son 4 ildəki əməkdaşlığımız beynəlxalq oyunlardakı problemlərin həllində əsas rol oynayıb.

İnterpolun da dediyi kimi, “İdmanda dürüstlük” proqramına üzv 190 ölkənin səyləri qeyri-qanuni qumar və idman oyunlarının manipulyasiya edilməsinin qarşısını almağa yardımçı oldu. Onların hazırda davam edən cinayət fəaliyyətləri qlobal cavab tələb edir. 

Bu uğurlu proqramın son dövrlər FIFA ətrafında cərəyan edən hadisələrlə əlaqəsi yoxdur. Tək tərəfli verilən bu qərar cinayətkarlıqla mübarizəyə mənfi təsir göstərəcək. Və bu idmanı dəstəkləyən heçkəsin xeyrinə deyil. FIFA bu mühüm və uğurlu əməkdaşlığa sadiqdir və ilk fürsətdə onun bərpa edilməsi üçün çalışacaq. Hal-hazırda, biz bu məsələnin müzakirəsi üçün İnterpolla əlaqə yaratmağa çalışırıq”, deyə bəyanatda qeyd olunur.

 

Əsas mövzular