17:43 03 Dekabr 2016
Canlı yayım
Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov

Krım tatarları Rusiyaya qarşı ABŞ-dan konkret addım gözləyir

uatoday.tv
DÜNYA
Qısa URL
12 0 0

Kiyevdə səfərdə olan ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pover Rusiyanın ünvanına sərt mesajlar səsləndirib.

BAKI, 12 iyun – Sputnik. Kiyevdə səfərdə olan ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pover Rusiyanın ünvanına sərt mesajlar səsləndirib. 

“Krım yenidən Ukraynanın tərkibinə qayıtmayanadək Rusiyaya qarşı sanksiyalar sərtləşərək davam edəcək”, deyə amerikalı rəsmi bildirib.

Samanta Pover, Vaşinqtonun Ukraynanı tək qoymayacağını bütün ukraynalıların bilməsini istəyib. 

“Əlbəttə heç kim, Rusiya iqtisadiyyatının zərər görməsini istəməz. Amma burda günahkarın kim olduğuna baxmaq lazımdır. Moskva təcavüzkar siyasətinə görə beynəlxalq birlikdən təcrid olunur, bu da təbii ki ölkənin iqtisadiyyatına birbaşa təsir edir”, deyə Pover əlavə edib. 

Samanta Pover Kiyevdə Krım Tatar Milli Məclisinin sədri Refat Çubarovla da görüşüb. Çubarov Vaşinqtondan Rusiyaya qarşı konkret addımlar görmək istədiklərini ifadə edib. 

"Ukraynanın ərazi bütövlüyü bir il əvvəl pozulub. Hər gün Rusiya beynəlxalq qanunları pozur. Mən də açıqca soruşmaq istəyirəm: Budapeşt Memorandumunda qarant ölkə olan Amerika Birləşmiş Ştatları haradadır?", deyə Çubarov bildirib.


Əsas mövzular