17:43 03 Dekabr 2016
Canlı yayım
Fələstinin azadlığı

Fələstin parlamentinin spikeri azad edilib

© Flickr/
DÜNYA
Qısa URL
1101

İsrail hakimiyyəti ötən gün bir il həbsdə keçirmiş Fələstin parlamentinin spikeri, “HƏMAS” hərəkatının liderlərindən biri olan Abdel Əziz Dueyki azad edib.

BAKI, 10 iyun — Sputnik. İsrail hakimiyyəti ötən gün bir il həbsdə keçirmiş Fələstin parlamentinin spikeri, “HƏMAS” hərəkatının liderlərindən biri olan Abdel Əziz Dueyki azad edib.

Bu barədə Fələstin Qanunverici Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.   

Abdel Əziz Dueyk onlarla silahdaşı ilə birlikdə İsrail hərbçilərinin ötən yay itkin düşən üç israilli yeniyetmənin axtarışları çərçivəsində İordan çayının Qərb sahilində keçirdiyi irimiqyaslı əməliyyat zamanı saxlanılıb. Sonradan yeniyetmələrin oğurlanaraq qətlə yetirildiyi müəyyən edilmişdir.   

 “Abdel Əziz Dueykin azadlığa çıxması Fələstin ədalətinin qələbəsidir. Həbsdə olan bütün parlamentarilərin azad edilməsinə nail olmaq lazımdır”, deyə məlumatda bildirilir.  Fələstin parlamentinin 130 deputatından 11-i hələ də İsrail həbsxanalarında saxlanılır.  

Teqlər:
İsrail hakimiyyəti, Fələstin parlamenti, Həmas, Abdel Əziz Dueyk, İsrail, Fələstin

Əsas mövzular