18:34 10 Dekabr 2016
Canlı yayım
Misir prezidenti Əbdelfəttah Sisi

Misir ABŞ-a nota verib

kremlin.ru
DÜNYA
Qısa URL
4 0 0

Misir hökuməti Amerika Birləşmiş Ştatlarının Qahirədəki səfirini Xarici işlər nazirliyinə çağıraraq nota verib.

BAKI, 9 iyun – Sputnik. Misir hökuməti Amerika Birləşmiş Ştatlarının Qahirədəki səfirini Xarici işlər nazirliyinə çağıraraq nota verib.

Buna səbəb, müxalif Müsəlman Qardaşlar təşkilatının bəzi amerikalı rəsmilərlə birgə Vaşinqtonda özəl konfransda iştirak etməsidir.

Misir xarici işlər nazirliyi ABŞ-lı diplomata bu görüşdən duyduqları məmnuniyyətsizliyi dilə gətirib. 

Səfir Stefan Bekfort konfransdan xəbərsiz olduğunu, bu səbəblə məsələyə münasibət bildirməyəcəyini deyib.

Qeyd edək ki, Misirdəki hərbçi hökumət Müsəlman Qardaşlar təşkilatının fəaliyyətinə qadağa qoyub. 

Əsas mövzular