03:50 04 Dekabr 2016
Canlı yayım
Smartfon

Hərbi cinayətlərin işıqlandırılması üçün mobil tətbiq hazırlanıb

© ixbt.com
DÜNYA
Qısa URL
10 0 0

Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının mütəxəssisləri tərəfindən hərbi cinayətlər, genosid və işgəncələr törətməkdə təqsirli bilinən şəxsləri məsuliyyətə cəlb etməyə kömək edəcək “eyeWitness to Atrocities” adlı mobil tətbiq hazırlanıb.

BAKI, 8 iyun — Sputnik. Mənzil-qərargahı Londonda yerləşən Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının mütəxəssisləri tərəfindən hərbi cinayətlər, genosid və işgəncələr törətməkdə təqsirli bilinən şəxsləri məsuliyyətə cəlb etməyə kömək edəcək “eyeWitness to Atrocities” (“vəhşilik şahidi”) adlı mobil tətbiq hazırlanıb.

Proqram mülki vətəndaşlar tərəfindən münaqişə zonalarında çəkilən şəkillərin həqiqiliyini dəqiqləşdirmək məqsədilə yaradılıb. İstifadəçilərin yüklədiyi mediafayllardan yalnız hüquqşünaslar və hüquq-mühafizə orqanlarının əməkdaşları istifadə edə biləcək.

Hazırda pulsuz əlavə “Android” əməliyyat sistemi üçün hazırlanıb, lakin gələcəkdə proqrama digər əməliyyat sistemlərinin əlavə olunması planlaşdırılır. Proqram fotoşəkil və ya videoya coğrafi koordinatları və dəqiq vaxtı əlavə edir və sonradan bu məlumatlar serverdə ümumi bazaya yüklənir. Tətbiq əsas fotoşəkildə piksellərin sayını da hesablayır ki, bu da rəqəmli düzəlişin edilməsi ilə bağlı ittihamlardan yayınmağa imkan verir.   

“eyeWitness to Atrocities” insan hüquqları uğrunda mübarizəyə təsir göstərərək mobil telefonla çəkilən fotoşəkillərin və videonun həqiqiliyi problemini həll edəcək”, — deyə assosiasiyanın icraçı direktoru Mark Elis bildirib.

Əlavə həmçinin telefondan məlumatları və proqramı dərhal silən “həyəcan” düyməsinə malikdir. 

Əsas mövzular