23:47 06 Dekabr 2016
Canlı yayım
DÜNYA

AKP-nin seçki uğursuzluğu İsraildə bayram edilib

DÜNYA
Qısa URL
2010

Türkiyədə Ədalət və İnkişaf partiyasının parlament seçkilərində səs itirməsi İsraili sevindirib.

BAKI, 8 iyun – Sputnik. Türkiyədə Ədalət və İnkişaf partiyasının parlament seçkilərində səs itirməsi İsraili sevindirib.

Bu barədə ölkə mətbuatında geniş məqalələr və yazılar dərc olunub.

Baş nazir Binyamin Netanyahu lehinə yazıları ilə tanınan “İsrael Today” qəzeti Türkiyədəki seçki nəticələrinə 3 səhifə ayırıb. 

“İstanbula qayıdırıq” manşeti ilə çıxan qəzet “Ərdoğan bugünədək anti-İsrail çıxışlarla səs topladı”, deyə yazı dərc edib. 

Qəzetdə həmçinin qeyd olunub ki, «son illər iki ölkə münasibətlərindəki gərginlik yəhudi turistlərin Türkiyəyə getməsinə maneə olurdu. Lakin bu problem seçki nəticəsi ilə aradan qalxmış oldu». 

AK partiyanın iqtidarı dövründə İsrailin Qəzzada törətdiyi qətliamlara ən sərt reaksiyanı məhz Türkiyə göstərir.

Əsas mövzular