10:00 08 Dekabr 2016
Canlı yayım
Rəcəb Tayyib Ərdoğan

Ərdoğandan siyasilərə məsuliyyətli olmaq mesajı

abc.net.au
DÜNYA
Qısa URL
5 0 0

Parlament seçkiləri heç bir partiyaya təkbaşına iqtidar imkanı vermədiyi mövcud tablonun yarışa qatılmış bütün partiyalar tərəfindən rasional və real dəyərləndiriləcəyinə inanıram.

BAKI, 8 iyun — Sputnik. Parlament seçkiləri heç bir partiyaya təkbaşına iqtidar imkanı vermədiyi mövcud tablonun yarışa qatılmış bütün partiyalar tərəfindən rasional və real dəyərləndiriləcəyinə inanıram. 

Sputnik “Hürriyet”ə istinadən xəbər verir ki, belə bir bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı açqlamasında işlədib.

Ərdoğan seçkinin yekunları ilə bağlı yazılı açıqlamasında nəticələrin ölkə və millət üçün xeyirli olmasını diləyib: “ Seçkilərdə iştirak faizinin yüksək olması millətimizin iradəsinin və demokratiya ilə bağlı qərarlılığının ifadəsidir. Millətimizin təqdiri hər şeyin üzərindədir. Nəticələrin heç bir partiyaya təkbaşına iqtidar imkanı vermədiyi mövcud tablonun yarışa qatılmış bütün partiyalar tərəfindən rasional və real dəyərləndiriləcəyinə inanıram. Seçkidən sonra başlayan bir yeni mərhələdə ölkəmizdəki sabitlik və güvən mühitinin, demokratik nailiyyətlərin qorunması üçün bütün siyasi partiyaların lazımi həssaslığı göstərmələri, məsuliyyətli davranış sərgiləmələri böyük əhəmiyyət kəsb etməkdədir”.   

Seçkilərin nəticələrinə əsasən hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası (AKP) birinci olsa da, təkbaşına hökumət qurmaq şansını itirib. 

Əsas mövzular