23:46 06 Dekabr 2016
Canlı yayım
Devid Kemeron və Matteo Rentsi

İtaliya baş naziri britaniyalı həmkarına “boşboğaz” dedi

alessiovalori.com
DÜNYA
Qısa URL
6 0 0

Matteo Rentsi: Bu problemi biz yaratmadıq, amma boşboğazlıq edənlərə deyirəm ki, problemin həllinə çalışırıq.

BAKI, 8 iyun – Sputnik. Avropa Birliyi ölkələri sahil təhlükəsizlik qüvvələri son iki gündə 6000 mühaciri Aralıq dənizində boğulmaqdan xilas edib.

Xilasetmə əməliyyatına İngiltərə, Almaniya, İsveç, İtaliya və İspaniya donanmaları qatılıb.

Şimali Afrikadakı yoxsulluq və vətəndaş müharibələrindən qaçan miqrantlar daha çox İtaliya və Yunanıstan sahillərinə üz tuturlar. 

Aralıq dənizində yaşanan bu insanlıq dramı G7 (Böyük yeddilər) zirvəsində də müzakirə olunub. İtaliya baş naziri Matteo Rentsi ölkəsini bu problemi həll edə bilməməkdə günahlandıran Avropa Birliyi ölkələrini üstüörtülü şəkildə tənqid edib.

“Bu problemi biz yaratmadıq, amma boşboğazlıq edənlərə deyirəm ki, problemin həllinə çalışırıq”, deyə Rentsi bildirib.

Brianiya baş naziri Devid Kemeronun Rentsiyə cavabı gecikməyib.

Kameron “İngiltərə özbaşına hərəkət edən dövlət deyil. Biz mühacirlərin ölkələrini tərk etmələrinin qarşısını almağa çalışmalıyıq”, deyib.

 

Əsas mövzular