17:39 03 Dekabr 2016
Canlı yayım
DÜNYA

Bağdad günə terror aktları ilə oyandı

DÜNYA
Qısa URL
5 0 0

İraqın paytaxtı Bağdadda silsilə terror aktları törədilib.

BAKI, 8 iyun – Sputnik. İraqın paytaxtı Bağdadda silsilə terror aktları törədilib. 

Timeturk-un məlumatına görə, nəticədə 8 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.

Şəhər polis idarəsindən verilən məlumata görə, birinci partlayış paytaxtın şərqindəki “Ur” ticarət mərkəzində baş verib. Yol kənarına yerləşdirilən bombanın işə düşməsi nəticəsində 2 insan ölüb, altısı yaralanıb.

Növbəti terror aktı Bağdadın cənubundakı Əl-Yusifiyyə bölgəsində qeydə alınıb. İnsanların sıx olduğu bazara yaxın ərazidə bomba partladılıb. Hadisə 4 nəfərin ölümü, 7 nəfərin isə yaralanması ilə nəticələnib.

Bundan başqa paytaxtın şimal-qərbindəki “Et-Topci” alış-veriş mağazası da hədəf alınıb. Hadisə nəticəsində, 2 nəfər ölüb, 8-i isə yaralanıb.

Əlaqədar

Terrorizmlə mübarizədə əməkdaşlıq bölgənin təhlükəsizliyinə töhfədir
ABŞ terrorla mübarizədə zəifləyə bilər
Castin Makkarti: ermənilər terrordan vasitə kimi istifadə edirlər
Səudiyyə Ərəbistanında terror, 4 nəfər dünyasını dəyişdi

Əsas mövzular