17:39 03 Dekabr 2016
Canlı yayım
Çexiyanın keçmiş maliyyə naziri Miroslav Kalousekın adı əskinasın üstündə

Çexiyada ölkə siyasətçiləri üçün hədiyyə əskinaslar çap edilib

idnes.cz
DÜNYA
Qısa URL
5 0 0

Çexiyanın pul vahidini istehsal edən Dövlət qiymətli kağızlar mətbəəsi əvvəllki rəhbərliyin vaxtında hökümət üzvləri və ölkənin müxtəlif siyasətçiləri üçün hədiyyə olaraq onların şəkilləri ilə xüsusi əskinaslar çap edib.

BAKI, 5 iyun – Sputnik. Çexiyanın pul vahidini istehsal edən Dövlət qiymətli kağızlar mətbəəsi əvvəllki rəhbərliyin vaxtında hökümət üzvləri və ölkənin müxtəlif siyasətçiləri üçün hədiyyə olaraq onların şəkilləri ilə xüsusi əskinaslar çap edib. 

Bu hədiyyələrin istehsalına çəkilən xərc indiyədək mətbəənin hesablarında borc kimi qalır. 

Məlumata görə, bu cür əskinaslardan keçmiş maliyyə nazirləri Miroslav Kalousek, Pavel Mertlik və digər dövlət xadimləri öz yubileylərinə hədiyyə alıblar.

  • Çexiyanın keçmiş maliyyə naziri Miroslav Kalousekın adı əskinasın üstündə
    Çexiyanın keçmiş maliyyə naziri Miroslav Kalousekın adı əskinasın üstündə
    idnes.cz
  • Çexiyanın maliyyə naziri Pavel Mertlikin adına əskinas
    Çexiyanın maliyyə naziri Pavel Mertlikin adına əskinas
    idnes.cz
  • Çexiyada Zdenek Rixterin adına buraxılan əskinas
    Çexiyada Zdenek Rixterin adına buraxılan əskinas
    idnes.cz
1 / 3
idnes.cz
Çexiyanın keçmiş maliyyə naziri Miroslav Kalousekın adı əskinasın üstündə

“Əslində söhbət təmənnasız hədiyyələrdən gedir: kiminsə yubiley hadisəsinə qiymətli kağızlar üçün istifadə edilən kağızdan düzəldilmiş əskinazlardan, xatirə vərəqələrindən və sair”, — deyə dəvlət mətbəəsinin hal-hazırkı rəhbəri Pavel Novak bildirir.

Keçmiş maliyyə naziri Kalousekin 2010-cu ildə öz avtoportreti çap olunmuş 500 ədəd əskinası olub və eks-nazir onları jurnalistlərə hədiyyə kimi paylayırmış. Daha sonra o, daha 100 ədəd bu cür xüsusi əskinas sifarış verib.

Əldə olunan məlumata görə, digər keçmiş maliyyə naziri Pavel Mertlikin 40-illiyinə hədiyyə edilmiş öz şəkli vurulan əskinas mətbəəyə 43223 çex kronuna başa gəlib. 

Lakin ən bahalı belə xüsusi əskinas Çexiya Milli bankının keçmiş işçisi, hüquqşünas, sikkə kolleksiyaçısı Leopold Surqaya verilən əskinasdır. Onun çapı mətbəəyə 70 min krona başa gəlib.

Bu cür hədiyyələrin istehsalına xərclənən vəsait, təxminən 1,5 milyon çex kronu, indiyədək dövlət mətbəəsinin borc hesablarında qalır.

Qeyd edilir ki, il ərzində qurumun indiki rəhbərliyi şübhəli sifarişlərlə bağlı artıq üç cinayət işinin açılması üçün müraciət edib.


Əsas mövzular