17:39 03 Dekabr 2016
Canlı yayım
BALTOPS təlimləri

Baltik dənizində 17 ölkənin iştirakı ilə təlimlər başlayıb

navylive.dodlive.mil
DÜNYA
Qısa URL
13 0 0

İyunun 5-də Polşanın şimalında BALTOPS-15 təlimləri başlayıb.

BAKI, 5 iyun — Sputnik. İyunun 5-də Polşanın şimalında BALTOPS-15 təlimləri başlayıb.

Bu barədə məlumat informasiya Polşa Müdafiə nazirliyi tərəfindən yayılıb.

İyunun 8-dək Qdansk limanına 15 ölkənin 40 gəmisi daxil olacaq. Manevrlərdə, həmçinin 17 ölkədən – Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Niderland, Kanada, Litva, Latviya, Almaniya, Norveç, Polşa, İsveç, Türkiyə, Böyük Britaniya və ABŞ-dan olan 5 min əsgər iştirak edəcək.

Polşa Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimlərin məqsədi Vaşinqton sazişinin 5-ci maddəsi çərçivəsində NATO və tərəfdaş ölkələrin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və piyadaların iştirakı ilə Baltik dənizi rayonunda birləşmiş beynəlxalq dəniz və quru əməliyyatlarının keçirilməsidir.

“Manevrlər zamanı əsas diqqət gəmilər qrupunun müştərək işinə və koordinasiyasına yönəldiləcək ki, bu da təlim səviyyəsinin yüksəlməsinə imkan verəcək”, – deyə Müdafiə Nazirliyi qeyd edib.

Baltik dənizində BALTOPS təlimləri 1972-ci ildən keçirilir. Əvvəlcə təlimlərdə yalnız NATO üzvləri iştirak edirdilər. 1993-cü ildən isə manevrlərə digər dövlətlər, o cümlədən 2004-cü ildə alyansa üzv olan Polşa da dəvət edilir. Bu dəfə təlimləri Varşava qəbul edir.

BALTOPS uzun illərdən bəri ilk dəfə Rusiyanın iştirakı olmadan keçirilir.

Əlaqədar

Azərbaycan-Türkiyə-Gürcüstan xüsusi təyinatlılarının təlimləri başladı
Mühəndis-istehkam birləşmələrinin təlimləri keçirilib
Rusiya və Azərbaycan Xəzərdə birgə hərbi təlimlər keçirəcəklər

Əsas mövzular