21:20 09 Dekabr 2016
Canlı yayım
İlin ən böyük 500 ABŞ şirkəti

Ən iri 500 ABŞ şirkətinin siyahısı açıqlanıb

mentorpitch.com
DÜNYA
Qısa URL
9 0 0

Reytinqdə birinci yeri uzun illərdir ilk pillədə qərarlaşan "Wal-Mart” ticarət şəbəkəsi tutub.

BAKI, 5 iyun — Sputnik. “Fortune” jurnalı 500 iri ABŞ şirkətinin illik siyahısını tərtib edib.

Reytinqdə birinci yeri uzun illərdir ilk pillədə qərarlaşan "Wal-Mart” ticarət şəbəkəsi tutub.

Şirkətlərin siyahıda yerlərini müəyyənləşdirən əsas kriteri onların ötən ilin yekunları üzrə mədaxildir. Reytinqə düşmək üçün şirkətlərin illik mədaxili 4 milyard dolları ötməlidir. İki il əvvəl altıncı yerdə qərarlaşan “Apple” şirkəti bu dəfə mövqeyini bir pillə yaxşılaşdıraraq beşinci yerlə kifayətlənməli olub.

“Apple” şirkətinin güclü tərəfləri sırasında ekspertlər brendin nüfuzunu və "iPhone” və “Mac” qurğularının çox satılmasını qeyd edirlər. ABŞ şirkətinin əsas rəqibləri kimi “Android” əməliyyat sistemi və Çinin smartfon istehsalçıları göstərilir. Jurnal “iPad”in satışının azalmasını və investor və istehlakçıların yüksək gözləntilərini “Apple”ın zəif cəhətləri kimi vurğulayır.

Dünyanın nəhəng "Wal-Mart” pərakəndə satış supermarketlər şəbəkəsi (mədaxil 485,6 milyard dollar) 2015-ci ilin yekunları üzrə “Fortune 500” reytinqində birinci yerə layiq görülüb. İkinci yeri ötən il olduğu kimi, 382,5 milyard dollarlıq mədaxili neft-qaz nəhəngi "Exxon Mobil” şirkəti tutub. Siyahıda üçüncü və dördüncü yeri müvafiq olaraq "Chevron” (203,7 milyard dollar) və “Berkshire Hathaway” (194,6 milyard dollar) tutub. “Apple” 182,7 milyard dollarlıq göstərici ilə liderlər beşliyini tamamlayır.

“Fortune” jurnalının 2015-ci il üçün ilk onluğuna “Wal-Mart”, “Exxon Mobil”, “Chevron”,  “Berkshire Hathaway”, “Apple”, “General Motors”, “Philips 66”, “General Electric”, “Ford Motor”, “CVS Health” şirkətləri daxildir, — "Macdigger” yazır.   

Əsas mövzular