03:47 04 Dekabr 2016
Canlı yayım
SİM kartlar

SİM kartların sayı Yer kürəsi əhalisinin sayına çatır

freepoll.ru
DÜNYA
Qısa URL
7 0 0

Dünyada mobil qoşulmaların sayı 7,2 milyard təşkil edir.

BAKI, 4 iyun — Sputnik. İsveçin “Ericsson” şirkətinin nümayəndələri Moskvada keçirilən mətbuat konfransında 2015-ci ilin birinci rübünə həsr edilən “Mobility Report” hesabatını təqdim edərək dünyada mobil qoşulmaların sayının 7,2 milyard təşkil etdiyini və bununla mobil rabitənin nüfuzetmə səviyyəsinin 99 faizə çatdığını (Yer kürəsi əhalisinin sayı 7,3 milyard nəfərə bərabərdir) açıqlayıblar.

Analitiklər həmçinin qeyd ediblər ki, dünyada real abunəçilərin sayı təxminən iki dəfə azdır (4,9 milyard). Bu, bir nəfərin bir neçə SİM kartdan istifadə edə bilməsi ilə izah edilir.

Cari ilin birinci rübündə yeni qoşulmaların sayı 108 milyon olub. Qoşulmaların artım sayına görə lider Hindistandır (+26 milyon). Sonrakı yerlərdə Çin (+10 milyon), Myanma (+5 milyon), İndoneziya (+4 milyon) və Yaponiya (+4 milyon) qərarlaşıb.

Əsas mövzular