21:23 09 Dekabr 2016
Canlı yayım
Böyük Britaniya kraliçası II Yelizaveta

Jurnalist Britaniya kraliçasını "öldürdü"

adworks.pk
DÜNYA
Qısa URL
17 0 0

BBC-nin Pakistan müxbiri Amen Havaya-nın twitter sosial şəbəkəsində səhvən paylaşdığı bir mesaj beynəlxalq medianın reaksiyasına səbəb olub.

BAKI, 4 iyun – Sputnik. BBC-nin Pakistan müxbiri Amen Havaya-nın twitter sosial şəbəkəsində səhvən paylaşdığı bir mesaj beynəlxalq medianın reaksiyasına səbəb olub. 

Jurnalist paylaşdığı mesajında əvvəlcə Britaniya kraliçasının öldüyünü, daha sonra isə xəstəxanaya yerləşdirildiyini qeyd edib. Xəbəri ciddi qəbul edən CNN və Almaniyanın Bild kimi mətbuat orqanları məlumatın əsassız olduğunu öyrəndikdən sonra oxucularından üzr istəyib. 

Britaniya kral sarayından da açıqlama gecikməyib. Sarayın mətbuat katibi, II Yelizavetanın səhhətində problem olmadığını bildirib.

Yanlış informasiyadan sonra jurnalist Amen Havaya və BBC üzr istəyib. Havayanın kanalda qalıb-qalmayacağı hələlik bilinmir.

Əsas mövzular