21:22 09 Dekabr 2016
Canlı yayım
Bankomat

İstifadəçiləri üzdən tanıyan ilk bankomat təqdim edilib

http://belive.ru/
DÜNYA
Qısa URL
11 0 0

Çinli mütəxəssislər geniş ictimaiyyətə insan sifətini tanıyan və bu funksionaldan ənənəvi parol əvəzinə istifadə edən dünyanın ilk bankomatını təqdim ediblər.

BAKI, 2 iyun — Sputnik. Çinin Sinhua Universitetinin mütəxəssisləri geniş ictimaiyyətə insan sifətini tanıyan və bu funksionaldan ənənəvi parol əvəzinə istifadə edən dünyanın ilk bankomatını təqdim ediblər.

Bu texnologiyanın əsasını “Tzekwan” özəl şirkətinin nailiyyətləri təşkil edir.

Bankomat insan üzünün cizgilərini tanıyan və əldə olunan nəticəni əvvəlcədən quraşdırılan məlumat bazası ilə müqayisə edən xüsusi kamera ilə təchiz edilib. Tərtibatçıların sözlərinə görə, qurğu hətta yaşa görə üz cizgilərinin dəyişməsi zamanı effektivliyini itirmir.

Təqdimat zamanı “Tzekwan” rəhbərlərindən biri Qu Zikun bildirib ki, artıq yaxın gələcəkdə bankomatlar Çinin böyük şəhərlərində quraşdırılacaq.  

O həmçinin qeyd edib ki, yeni bankomat mükəmməl yoxlama və valyuta nəzarəti sistemi ilə təchiz edilib. Məsələn, qurğu qəbul edilən əskinasları tanıyaraq seriya nömrələrini yazır ki, bu da ödəniş üçün kimin saxta pullardan istifadə etməsini müəyyənləşdirməyə imkan verir.

Əsas mövzular