09:57 08 Dekabr 2016
Canlı yayım
ABŞ əsgərləri

On üç ildə 6802 ABŞ əsgəri həlak olub

digitaljournal.com
DÜNYA
Qısa URL
2 0 0

2001-ci ildən 2014-cü ilədək Əfqanıstan, Pakistan və İraqda 360 minə yaxın insan müharibələrin və terror aktlarının qurbanı olub.

BAKI, 2 iyun – Sputnik. 2001-ci ildən 2014-cü ilədək Əfqanıstan, Pakistan və İraqda 360 minə yaxın insan müharibələrin və terror aktlarının qurbanı olub.

Bu barədə ABŞ-ın "Uotson" Beynəlxalq Araşdırma İnstitutunun "Müharibənin qiyməti" adlı hesabatında bildirilib. Məlumatlar 2001-ci ilin oktyabrından 2014-cü ilin aprelinədək olan dövrü əhatə edir. 

Hesabata görə, 13 il ərzində Əfqanıstanda 68 min, Pakistanda 82 min, İraqda isə 210 min insan silahlı qarşıdurmaların qurbanı olub.

Bu müddətdə həmin üç ölkənin ərazisində ümumilikdə 6 802 nəfər ABŞ əsgəri həlak olub. Hesabat dövründə 344 jurnalist və humanitar təşkilatların 438 üzvü vəzifələrini icra edərkən dünyasını dəyişib. 

Jurnalistlərin çoxu İraqda, humanitar təşkilatların əməkdaşlarının çoxu isə Əfqanıstanda ölüb.

13 illik müharibə Əfqanıstan, Pakistan və İraqa 4,4 trilyon dollar ziyan vurub. 

 

Əsas mövzular