21:22 09 Dekabr 2016
Canlı yayım
DÜNYA

SOCAR Türkiyədə ikinci şirkət olacaq

DÜNYA
Qısa URL
16 0 0

PETLİM konteyner limanının tikintisinə SOCAR 250 milyon dollardan artıq vəsait xərcləyib.

BAKI, 2 iyun – Sputnik. "SOCAR Türkiye" şirkətinin prezidenti Kənan Yavuz jurnalistlərə açıqlamasında deyib ki, SOCAR-ın türkiyədə inşa etdiyi PETLİM konteyner limanı sentyabr ayında istifadəyə veriləcək. 

“Açılışa Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dəvət edilib və biz ümid edirik ki, liman ölkə başçısının iştirakı ilə açılacaq”, deyə o bildirib.

Kenan Yavuz bildirib ki, PETLİM konteyner limanının tikintisinə 250 milyon dollardan artıq vəsait xərclənib. 

“Bunun 210 milyonu Ak Bank-dan kredit kimi götürülüb”, deyə Yavuz əlavə edib.

Yavuz onu da bildirib ki, şirkət tək liman yox, həmçinin neft emalı zavodu, alternativ enerji mənbəyi sayılan külək stansiyası və digər müəssisələrin tikintisi ilə də məşğuldur. 

“2018-ci ildə SOCAR şirkəti Türkiyədə 2-ci ən böyük şirkət olacaq”, deyə Kənan Yavuz bildirib.


Əsas mövzular