23:14 09 Dekabr 2016
Canlı yayım
ABŞ polisi

ABŞ polisi 5 ay ərzində 385 nəfəri öldürüb

pixanews.com
DÜNYA
Qısa URL
2 0 0

Polisin xüsusilə qaradərili vətəndaşlara qarşı həddindən artıq gücdən istifadə etdiyi qeyd olunub.

BAKI, 1 iyun – Sputnik. Birləşmiş Ştatlarda yayımlanan Washington Post qəzetinin yaydığı məlumata görə, təkcə bu ilin ilk 5 ayı ərzində 385 nəfər ölkə vətəndaşı polisin açdığı atəş nəticəsində dünyasını dəyişib.

Polisin xüsusilə qaradərili vətəndaşlara qarşı həddindən artıq gücdən istifadə etdiyi qeyd olunub.

Orta hesabla gündə 2 nəfərin polis tərəfindən öldürüldüyünü yazan qəzet, bu rəqəmin əvvəlki illərlə müqayisədə iki qat artdığını bildirib.

Polis şiddəti qurbanlarının üçdə ikisinin amerikalı olmaması isə diqqət çəkib. 

Polis tərəfindən qətlə yetirilən 385 nəfərdən iyirmisi qadın, səkkiz nəfəri isə 18 yaşdan aşağı yeniyetmələrdir.

Əsas mövzular