17:44 03 Dekabr 2016
Canlı yayım
DÜNYA

Fransada İslam dialoqu konfransı keçiriləcək

DÜNYA
Qısa URL
2 0 0

Fransanın paytaxtı Parisdə, hökumət təmsilçiləri ilə bu ölkədə yaşayan müsəlmanların əsas təşkilatı hesab edilən İslam Şurası nümayəndələri arasında görüş keçiriləcək.

BAKI, 1 iyun – Sputnik. İyunun 15-də Fransanın paytaxtı Parisdə, hökumət təmsilçiləri ilə bu ölkədə yaşayan müsəlmanların əsas təşkilatı hesab edilən İslam Şurası nümayəndələri arasında görüş keçiriləcək. 

Görüşdə müsəlmanların üzləşdiyi problemlər, habelə imamların təhsili, heyvanların İslam qaydalarına uyğun kəsilməsi üçün xüsusi yerlərin ayrılması müzakirə ediləcək. 

Danışıqların “İslam dialoqu” adı altında keçiriləcəyi qeyd olunub. 

Şuranın təmsilçisi Abdullah Zekrinin sözlərinə görə, görüşdə Fransanın daxili işlər naziri Bernar Kaznevin iştirakı gözlənilir.

Tədbirdə müsəlman icması və ziyalılarının nümayəndələri, eləcə də tanınmış yazıçı və ictimai xadimlərin iştirakı nəzərdə tutulub. 

Hazırda bu ölkədə 5 milyondan çox müsəlman yaşadığı bildirilir. Fransa əhalisinin sayı isə 70 milyon nəfərdir.


Əsas mövzular