12:41 19 Yanvar 2017
Canlı yayım
VİDEO

Qazancı az olsa da, o, sənətini çox sevir

Qısa URL
4410
(2:35 / 16.06Mb / просмотров видео: 36)
© Sputnik / İlham Mustafa

Gəncə sakini Vilayət Qurbanov, ən qədim sənətlərdən olan səbət toxuma işi ilə məşğul olur. Bu sənəti o, atasından, atası isə öz babasından öyrənib.

Usta səbət toxumaq üçün, əsas xammal olaraq qarğıdan istifadə edir. Bunun səbəbi odur ki, qarğı bitkisi, yağış və gün işığının təsirinə məruz qalmazsa, yüz illərlə xarab olur, ona qurd düşmür. Səbət üçün qarğıların hamısı yararlı olmadığından, illərlə sınaqdan keçirdiyi, Goranboy rayonunun dəmyə ərazilərində bitən qarğılardan istifadə edir.

Qurbanov, əziyyətinin çox olmasına baxmayaraq, səbətçiliyin ailə dolandırmaq üçün o qədər də gəlirli sənət olmadığını, lakin öz sənətini çox sevdiyini və həvəsdən düşmədiyini qeyd.
Usta səbət toxumanın incəliklərini nəvəsinə də öyrədib və gələcəkdə bu sənətin itməyəcəyinə əmindir Vilayət Qurbanovu nəinki Azərbaycanda, hətta ölkə xaricində də tanıyırlar. 

Əlaqədar

Luvr Muzeyinin qarşısında səbət toxuyub satan azərbaycanlı

Əsas mövzular