Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Yarmarkada bayram əhval-ruhiyyəsi: Bakıda geri sayım başladı

Abunə olmaq
Bakıdakı Fəvvarələr meydanında artıq 4-cü ənənəvi “Soyuq əllər, isti ürək” Yeni il xeyriyyə yarmarkası açılıb. Yarmarkanın bu il nə ilə təəccübləndirəcəyinə Sputnik-in videosunda baxın.

Dördüncü xeyriyyə yarmarkası olan "Soyuq əllər, isti ürək" Bakının mərkzində — Fəvvarələr meydanında Amapola Exclusive Events-in təşkilatı dəstəyi ilə Nargis Fundun rəhbərliyi altında açılıb.

Ənənəyə görə, yarmarkada toplanan vəsait xeyriyyə məqsədlərinə sərf olunacaq. Təşkilatçıların sözlərinə görə, əsas qonaqlar uşaq evlərinin tərbiyəçiləri olacaq. Yarmarkada məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışları, ənənəvi suvenirlər, şirniyyatlar və yarmarkanın sponsorlarının hədiyyələri gözlənilir.

Yarmarka 15 yanvar 2017-ci ilə qədər açıq olacaq.

Hələlik isə, qarşıdan gələn Yeni iliniz mübarək, dostlar!

Xəbər lenti
0