11:57 11 Dekabr 2016
Canlı yayım
VİDEO

Bütün SSRİ-ni lərzəyə salan azərbaycanlılar

Qısa URL
22350
(2:48 / 17.49Mb / просмотров видео: 66)
© Sputnik / İlham Mustafa

Azərbaycanın tarixini, mədəniyyətini, milli kimliyini özündə əks etdirən qədim idman növlərindən biri də çövkən (çovqan) oyunudur.

UNESCO bu oyunu 2013-cü ildə Azərbaycanın Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib. Azərbaycanda bu irsi qoruyub inkişaf etdirmək üçün 2006-cı ildən başlayaraq hər il Çövkən üzrə "Prezident kuboku", 2013-cü ildən Azərbaycan birinciliyi keçirilməyə başlanıb.

Ağstafa Çövkən Komandası 2006-cı ildə Dilbaz Atçılıq Zavodunun nəzdində yaradılıb. Komandanın bütün üzvləri zavodun əvvəl yerləşdiyi Ağgöl kəndindən olan gənclərdən təşkil olunub. Candargölün yaxınlığında yerləşən, yalnız 90 təsərrüfatdan ibarət olan ağgöllülər, öz adlarını Atç ılıq idmanı tarixinə qızıl hərflərlə yazdırıblar.

Hazırda Ağstafanın çövkən komandası, dekabr ayının ortalarında Şəki rayonunda keçiriləcək ənənəvi "Prezident kuboku"na hazırlıq məşqləri edir.

Əlaqədar

Azərbaycanın bir kəndinin komandası 14 dəfə SSRİ çempionu olub

Əsas mövzular