Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əsərləri ilə insanları valeh edən usta

Abunə olmaq
Azərbaycan xalqının memarlıq, habelə təsviri və tətbiqi incəsənətinin çox qədim tarixi var. Belə sənət növləri ilə məşğul olanlar var, amma barmaqla sayılası qədər.

1949-cu ildə Cəlilabad rayonunda doğulan Yusif Əliyev babasından qalma qədimi sənəti yaşadanlardandır. O, bu peşəni hobbisi hesab etsə də, düzəltdiyi bəzək əşyaları insanı valeh edir.O, gündəlik istifadə edib atılan müxtəlif əşyalardan suvenirlər hazırlayır.

"Bir rəsm və ya portret 10-17 günə, bəzən isə 25 günə başa gəlir. Bu da işdən asılıdır. Çətin portretlər daha çox vaxt tələb edir", — sənətkar bildirir.

Yusif Əliyevin hazırladığı əşyaların rayonda sərgisi də keçirilib. Son zamanlar sifarişlərin artdığını deyən ustanın sözlərinə görə, yaratdığı portretlərin qiymətləri 200-500 manat arasında dəyişir.

Xəbər lenti
0