20:22 07 Dekabr 2016
Canlı yayım
VİDEO

Azərbaycan Prezidenti Sputnik-in fəaliyyətindən məmnundur

Qısa URL
171250
(1:03 / 6.69Mb / просмотров видео: 115)
© Sputnik /

Prezidenti İlham Əliyev “Rossiya seqodnya”nın baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə “Sputnik Azərbaycan”la bağlı təəssüratlarının çox yaxşı olduğunu bildirib.

Kiselyovun "Cənab Prezident, mən də öz növbəmdə bizim "Rossiya seqodnya" agentliyinə göstərdiyiniz dəstəyə görə minnətdaram. Bu gün Azərbaycanda və bütün dünyada biz Sputnik brendi altında təmsil olunuruq. Sizin bizim jurnalistlərin işi barədə hansı arzularınız, hansı təəssüratlarınız var?" sualına cavabında deyib:

"Təəssüratlarım çox yaxşıdır, mən sizin Azərbaycanda işləyən əməkdaşlarınıza bizim ölkəmizdəki hadisələri işıqlandırdıqlarına görə, minnətdarlığımı bildirmək istəyirəm. Sizin agentliyin Azərbaycanda fəaliyyətə başlaması, mən hesab edirəm ki, bizim ölkələrimiz arasında mövcud olan etimadın yüksək səviyyəsinin nəticəsidir. Çünki etimad olmasaydı, bu mümkün olmazdı."

İlham Əliyev həmçinin əlavə edib ki, "Sputnik Azərbaycan"ın fəaliyyəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir imkandır:

"Bu, həmçinin bizim haqqımızdakı həqiqətlərin bütün dünyaya sizin agentlik vasitəsilə çatdırılması üçün bir imkandır. Açığı deyim ki, bizim bunu etmək üçün Rusiya kimi informasiya imkanlarımız yoxdur. Biz sizin vasitənizlə öz ölkəmiz haqqında daha geniş danışa, öz mövqeyimizi bölüşə bilirik. Ona görə də, sizin agentliyin fəaliyyəti çox vacibdir. Mən şadam ki, siz burada işləyirsiz. Əminəm ki, sizin agentlik bundan sonra da indiki kimi bizim ölkənin reallıqlarını obyektiv işıqlandıracaq."

Əlaqədar

İlham Əliyev: "Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər"

Əsas mövzular