Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Daşların arasında hazırlanan kabab

Abunə olmaq
Qəbələ Azərbaycanın zəngin və qədim tarixə malik gözəl bölgələrindən biridir. Yalnız burada "daşarası kabab" adlanan kabab növünə rast gəlmək olar. Sputnik bu gözəl təamın hazırlanma qaydasını təqdim edir.

Kabab Azərbaycanın ən məşhur yemək növüdür. Ölkənin istənilən yerində azərbaycanlılar üçün kababsız qonaqlıq yarımçıq təsiri bağışlayır. Azərbaycanlıların kababı ustalıqla hazırlamaları isə heç kəsə sirr deyil.

Azərbaycanın gözəl guşələrindən olan Qəbələdə kababın yalnız bu bölgədə hazırlanan növü mövcuddur — "daş arası kabab".
Yerli restoranlardan birinin aşpazı olan Fərid Mustafayevin Sputnik-ə dediyinə görə, bu kababı hazırlamaq üçün əti nanə yarpaqlarının köməyi ilə basdırma edirlər. Sonra onu qaya daşlarının arasına qoyaraq xüsusi üsulla bişirirlər.

Bu yemək üçün sizə qoyun (quzu) əti, quyruq yağı, kartof və badımcan lazım olacaq. Kababın hazırlanması zamanı əsas vaxt daşın qızdırılmasına gedir. Bilavasitə ətin bişməsinə isə 10-15 dəqiqə sərf olunur. Qaynar daşa ətin yapışmaması üçün quyruq yağı sürtülür.

Vaxtaşırı daşı digər üzünə çüvirmək lazımdır. Kartof və badımcan isə ət kababı ilə birgə verilmək üçün kabab üsulu ilə hazırlanırlar.

Nuş olsun!

Xəbər lenti
0