Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İspanlar çılğın və ehtirası qaraçı rəqslər ilə Qəbələni silkələdilər

Abunə olmaq
Qəbələ səhnəsində qaraçıların çılğınlığı və ehtirası ilə musiqi, ruh, rəqs və qüvvənin mükəmməl simbiozu nümayiş olunub.

Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir.

Festivalın proqramına uyğun olaraq iyulun 31-də Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda qurulan səhnədə İspaniyanın "Kastro Romero Flamenko" ansamblının möhtəşəm konserti olub.

Tanınmış xoreoqraf Kastro Romeronun rəhbərliyi ilə yaradılan ansambl tamaşaçılar qarşısında flamenqo sənətini və yüksək keyfiyyətə malik teatr tamaşalarını təqdim edib. İspaniyada ən tanınmış flamenko rəqqasları və xoreoqraflardan ibarət qrupu olan "Kastro Romero Flamenko"nun üzvləri dünyanın ən nüfuzlu səhnələrinin baş rəqqasları kimi şöhrət qazanıblar və bir neçə beynəlxalq mükafata layiq görülüblər.

Maraqlı performanslarını tamaşaçılara təqdim edən Joze Maria Uriarte (zərb alətləri), Joze Maria Romero (rəqqas), Rikardo Kastro Romero (rəqqas), Karmen Maria İglesias Siles (rəqqasə), Daniel Yague İnglada (gitara), Alberto Funes Arjona (vokal), Rosario Kastro Romero (rəqqasə) və Kristal Munoz Jimenezin (rəqqasə) möhtəşəm ifası böyük marağa səbəb olub.

Qəbələ səhnəsində qaraçıların çılğınlığı və ehtirası ilə musiqi, ruh, rəqs və qüvvənin mükəmməl simbiozu nümayiş olunub. Yüksək ifa tərzi ilə dünyada tanınan "Kastro Romero Flamenko" Ansamblı konsertdə yerli və xarici tamaşaçıların rəğbətini qazanıb və alqışlanıb.

Xəbər lenti
0