Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Sputnik Azərbaycan qiraət layihəsini başa çatdırır

Abunə olmaq
Portal ölkəmiz üçün unikal olan bir layihəni uğurla reallaşdırmağa müvəffəq olub

Sputnik Azərbaycan İnformasiya agentliyi və radiosu Sputnik.Qiraət beynəlxalq qiraət layihəsini başa vurur. Bədii layihədə dövlət nümayəndələri, məşhur aktyor və musiqiçilər iştirak ediblər.

Onların arasında Milli Məclisin üzvü Fazil Mustafa və parlamentin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc, məşhur aktyor və rejissor Qurban Məsimov, tanınmış repçi AİD var. Layihənin yekununda Sputnik Azərbaycan redaksiyasının heyəti, görkəmli Azərbaycan şairi Süleyman Rüstəmin məşhur "Azərbaycana gəlsin" şeirindən parçalar oxuyub.

Sputnik.Qiraət-in sözügedən bir sıra Azərbaycan saytları, internet portalları (1news.az, Ann.az, Milli.az, həmçinin İstiqlal.az, Avropa.info, Vesti.az, Qaynar.info və s.) dəstək olaraq, layihənin işıqlandırılmasını təşkil edib.

"Sputnik Azərbaycan ölkəmiz üçün unikal olan bir layihəni uğurla reallaşdırmağa müvəffəq olub. Şeir layihəsinin formatına uyğun olaraq, məqsədimiz bir ölkənin mədəniyyətinin, milli özünəməxsusluğunun digər ölkələrin ictimaiyyətinə tanıdılmasına nail olmaq idi. Bu da onu göstərir ki, əslində poeziya, mədəniyyət nümunələri, milliyətindən, dinindən və siyasi tarixindən asılı olmayaraq, insanları birləşdirir. Redaksiyamız tərəfindən son şeir nümunəsinin oxunması isə, Azərbaycanın və cəmiyyətimizin bütün dünya üçün açıq olduğunu nümayiş etdirmək məqsədi daşıyır", — deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirib.

Sputnik.Qiraət şeir layihəsinin məqsədi çoxqütblü, rəngarəng dünyada hər kəs üçün vacib olan dəyərləri — sevgini, gözəlliyi, həyatı vəsf edən görkəmli sənət əsərlərinin qiraəti vasitəsilə insanları yaxınlaşdırmaqdır. Layihəyə 2015-ci ilin martında Sputnik Qırğızıstan başlayıb. Qırğızıstanlı həmkarlarımızın təşəbbüsü MDB və Yaxın xaricdəki bir çox Sputnik redaksiyaları tərəfindən dəstəklənib.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

 

 

Xəbər lenti
0