Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanın İkinci dünya müharibəsində faşizm üzərində qələbədə rolu

Abunə olmaq
Cəbiş müəllim bu dəfə sizə Azərbaycan və rus dillərində Azərbaycanın İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə oynadığı roldan danışacaq.

Hörmətli oxucular! Sputnik Azərbaycan portalı ölkəmiz və dünya ilə əlaqəli bir sıra tarixi və mədəni hadisələri sizə virtual bələdçi vasitəsi ilə çatdırmaqda davam edir. Bu dəfə Cəbiş müəllim sizi Azərbaycanın İkinci Dünya müharibəsində faşizm üzərində qələbədəki rolundan, verdiyi qurbanlardan və töhfələrdən söz açacaq.

Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərib. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə gedib.

Azərbaycanlılardan 77-ci, 223-cü, 271-ci 402-ci, 416-cı, diviziyalar formalaşdırıldı. 227-ci və 396-cı diviziyaların tərkibində də azərbaycanlılar çoxluq təşkil edirdilər.
Paytaxt Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda «Katyuşa» raketi, «Şpakin pulemyotu» istehsal edilir, «YAK — 3» qırıcı təyyarəsi yığılırdı. Ümumən Bakıda 130-dan çox silah və onun hissələri hazırlanırdı.

 

Xəbər lenti
0