17:40 03 Dekabr 2016
Canlı yayım
VİDEO

130 il bundan əvvəl məkkəli Quranı belə oxuyub

Qısa URL
37620
themuslimvibe.com

Müqəddəs Kəbədə ayələri oxuyan naməlum şəxsin səsi fonoqrafla 1885-ci ildə yazılıb.

BAKI, 28 iyun — Sputnik. 130 il bundan əvvələ aid olan Quran oxunuşunun səs yazısı tapılıb.

CNN xəbər verir ki, müqəddəs Kəbədə ayələri oxuyan naməlum şəxsin səsi fonoqrafla 1885-ci ildə yazılıb.

Audioyazı həmin il Niderland hökumətinin təqaüdü ilə Məkkəyə gələn islamşünas Kristian Snuk Qürxonya tərəfindən qeydə alınıb.

1877-ci il noyabrın 21-də Tomas Edison tərəfindən yaradılmış ilk fonoqraf cihazı səs yazısı aparatıdır. Aparat səsi yazarkən fırlanan barabanın üzərindəki silindrik formalı spiral da açılır ki, bu da nəzərdə tutulan səs yazılarını asanlıqla qeydiyyata ala bilir.

Əsas mövzular